"JAVA PROQRAMÇI" PEŞƏSİNƏ YİYƏLƏNİN
Bu sahədə təcrübəniz yoxdursa belə:
Azərbaycan dilində təhsil
100% kurator dəstəyi
Bugün başlamaq imkanı
Partnyor şirkətlərimizdə staj keçmək imkanını qazanın
Real keyslər və tapşırıqlar əsasında öyrənin
9 aya tələbatlı mütəxəssis olun
Niyə məhz Java proqramlaşdırma?
Ən populyar və tələb olunan 3 proqramlaşdırma dilindən biridir
Dünyanın yüzlərlə ən yaxşı şirkəti Java proqramçılar axtarır
Distant və sərbəst qrafiklə işləmək olar
Yeni başlayan mütəxəssisin maaşı 500-2000 manatdır
500 manatdır
1250 manatdır
2000 manatdır
öyrənəcəksiniz?
Dilin sintaksisini öyrənəcək, dəyişənlər və operatorlarla tanış olacaq, öz kodunuzu yaza və strukturlaşdıra, başqasının kodunu anlaya biləcəksiniz.
MySQL verilənlər bazasında məlumatları saxlamağı və dəyişdirməyi öyrənəcəksiniz.
Sorğular yazmağı və böyük həcmli verilənləri idarə etməyi bacaracaqsınız.
Xətaları aşkarlamağı və aradan qaldırmağı, kodu optimallaşdırmağı öyrənəcəksiniz. Yüksək performanslı proqramlar yaza biləcəksiniz.
Java-da kod yazmağı
MySQL ilə işləməyi
Kodu optimallaşdırmağı
Paylanmış versiya nəzarət sistemində komanda ilə birlikdə işləməyi öyrənəcək, eyni layihə çərçivəsində dəyişiklikləri edə və ya geri qaytara biləcəksiniz.
Obyekt yönümlü proqramlaşdırma prinsiplərini öyrənəcək və mürəkkəb layihələr yarada biləcəksiniz.
Java-da kod sətirlərini işləyən proqrama çevirə biləcək və Spring Boot vasitəsilə veb-tətbiqetmələr yaratmağı öyrənəcəksiniz.
Git-dən istifadə etməyi
OOP prinsiplərini tətbiq etməyi
Veb-tətbiqetmə yaratmağı
Tədris modeli
Dünyanın istənilən nöqtəsindən sizə əlverişli olan vaxtda baxmaq olar. Materialları tam mənimsəyənədək videoyazıları istədiyiniz qədər təkrar izləyə bilərsiniz.
Sizə uyğun olan vaxtda öyrənirsiniz
Ev tapşırıqlarını yerinə yetirirsiniz
Söhbət real tapşırıqlar üzərində işdən, həqiqi şirkətlərə məxsus keyslərin öyrənilməsindən gedir. Kurator tapşırıqlarınızı yoxlayır, sizə kömək və ətraflı geridönüş edir.
Diplom layihəsini müdafiə edirsiniz
Bu layihə portfolionuza əlavə edə biləcəyiniz hazır işlək məhsuldur: müştəri sifarişlərinin emal olunması və onların kuryer xidmətinə yönləndirilməsi üçün backend mühərrik və öz yazdığınız çat bot.
"Java proqramçı" kursunun əsasında universitetlərin vermədiyi qabaqcıl biliklər və təcrübə dayanır. Hətta ilkin hazırlığı olmayan tələbələrin də rahatlıqla başa düşəcəyi 100 sadə və aydın videodərsdən ibarətdir. Bu kursda siz addım-addım Java dilini öyrənir, bacarıqlar qazanır və dərhal nəticə əldə edirsiniz. Tədris proqramımız Dərs Evi mütəxəssisləri ilə birgə onların xüsusi metodologiyası əsasında elə tərtib edilib ki, həm yeni başlayanlar, həm də artıq proqramlaşdırmada qüvvəsini sınayanlara maraqlı olacaq.
Mikrotədris:
ən əsas məzmunun toplandığı, qavrayış üçün rahat 5-15 dəqiqəlik videoyazılar
Təcrübə yönümlü tədris:
30% nəzəriyyə və 70% təcrübə
Başqa nə əldə edirsiniz?
Qapalı çatda kuratorların və həmfikirlərin dəstəyi
Ekspertlərlə onlayn və oflayn master-klaslar
Tədrisin başa çatmasından sonrakı 3 il ərzində kursun mateiallarına giriş
Partnyor şirkətlərdə təcrübə keçmək və işə düzəlmək imkanı
CV-nizin tərtibatında və müsahibəyə hazırlıqda kömək
Təlimçi-praktiklər
Asiman Süleymanov
System Architect
Proqramlaşdırma təcrübəsi:
Tədris təcrübəsi:
Onun yetişdirdiyi backend Java proqramçılar hazırda PashaBank, ExpressBank, AzeriCard və Kibrit.tech kimi müəssisələrdə çalışırlar.
13 il
Asiman Süleymanov
System Architect
Həsən Rəhmanov
Infrastructure Architect / DevOps Specialist
Proqramlaşdırma təcrübəsi:
Tədris təcrübəsi:
Digital Youth Hub nəzdindəki "ITacademy" proqramının təlimçilərindən biri, Azərbaycan İnnovasiyalar Agentliyi nəzdindəki master-klasların müəllifi və aparıcısı.
5 il
Şəms Fərəcli
Middle-developer
Proqramlaşdırma təcrübəsi:
Tədris təcrübəsi:
Digital Youth Hub nəzdindəki "ITacademy" proqramının təlimçilərindən biri
3 il
Asiman Süleymanov
Layihələr:

"İAMAS"sistemi / «Viza»nın alt sistemi
Rol: backend Java proqramçı

Border – Smart Mobile Devices Registration System
Rol: System Architect və backend Java proqramçı

OrangeLine
Rol: System Architect

İstifadə olunmuş arxitektura: mikroservislər

Canba onlayn viktorina
Rol: System Architect
İstifadə olunmuş texnologiya və yanaşmalar: Reactive programming, AWS Cloud Systems, üfüqi miqyaslama və on minlərlə istifadəçinin eyni anda qoşulması üçün dəstək
Həsən Rəhmanov
Layihələr:

OrangeLine
Rol: Infrastructure Architect / DevOps Specialist
İstifadə olunmuş arxitektura: mikroservislər, üfüqi miqyaslama və imtinaya dayanıqlılıq

Canba onlayn viktorina
Rol: Infrastructure Architect / DevOps Specialist
İstifadə: AWS Cloud Systems, AWS ECS, üfüqi miqyaslama və on minlərlə istifadəçinin eyni anda qoşulması üçün dəstək
Şəms Fərəcli
Layihələr:

Aramis - İşçi qüvvəsinin idarə edilməsi və Akkreditasiya sistemi (Formula 1 Azerbaijan Grand Prix, «Жара» Beynəlxalq Musiqi Festivalı və s. kimi tədbirlərin təşkil olunmasında istifadə edilib).
Rol: aparıcı proqramçı
İstifadə olunmuş texnologiya: Java, Angular JS

Rebusta - mobil tətbiqetmə
Rol: aparıcı proqramçı
İstifadə olunmuş texnologiya: Dart, Flutter

Yüksəliş
Rol: Backend proqramçı
İstifadə olunmuş texnologiya: Java, Spring Boot
Pulsuz sınaq modulu
Tədrisin keyfiyyətini qiymətləndirmək üçün müəllimlər və metodika ilə tanış olun.
İlk modulda nə var?
Praktiki hissə: ilk baza proqramının yazılması.
Kodlaşdırma mühiti necə hazırlanır və ilk konsol tətbiqetməsi necə yazılır?
Giriş xülasəsi: Java dili harada tətbiq olunur? Proqramlaşdırma kodu necə görünür?
Kurs proqramı
Təlimə həftədə cəmi 5-8 saat vaxt ayırmaqla 9 aya proqramçı ola bilərsiniz.
100-dən çox dərs
6 hissəli tədris
Giriş bloku
Java dili harada istifadə olunur və proqram kodu necə görünür? Kodlaşdırma mühitini hazırlayırıq və ilk konsol tətbiqetməsini yazırıq.
Java dili
Java dilində əsas dəyişənlərlə tanışlıq. Müqayisə və dövr operatorlarından istifadə.

Əsas OOP prinsipləri: İnkapsulyasiya, Varislik və Polimorfizm

Primitiv tiplər, ədədlər, tarixlər və sətirlər.

Massivlər və onların elementləri.

Xətaların yaranması və onları "tutmaq" üsulları. Tətbiqetmənin test edilməsi və xətaların aşkarlanıb aradan qaldırılması, tətbiqetmələr barədə məlumatları əhatə edən loqların yazılması.

Fayldan oxuma, müxtəlif formatlı fayllara yazma.

Çoxaxınlılıq və onunla işləmə. Axınların qarşılıqlı əlaqəsinin qurulması. Verilənlərin axınını bloklamaq, dayandırmaq və kəsmək.
Problem solving
Proqramlaşdırmada ən populyar məlumat növləri

Alqoritmlərin köməyi ilə tez-tez qarşılaşdığımız tapşırıqların həlli
DB
MySQL verilənlər bazası ilə iş. Verilənləri dəyişmək və onlara müxtəlif sorğularla müraciət etmək.
Enterprise (Spring, Spring AOP, ORM, Web servers)
Spring freymvorku və Spring Boot-da tətbiqetmənin yazılması.

RESTful API qaydaları ilə tətbiqetmənin yazılması.

Verilənlər bazasına qoşulma.

Autentifikasiya və avtorizasiya üçün Spring Security ilə işləmə.
Digər (Network, Troubleshooting, Operational, Searching)
Tətbiqetmələrin hazırlanması və xətaların tapılması üçün alətlərdən istifadə.
Kursun ətraflı proqramını email ilə göndərərik
+ öyrənənlər üçün faydalı resurslar
Karyeranıza dəstək
Universitet partnyorlarından vakansiyaların paylaşıldığı çat.
CV-nizin tərtibatı və müsahibəyə hazırlıqla bağlı kömək.
Partnyor şirkətlərdən birində təcrübə keçmək imkanı.
Tədrisdən sonra CV-niz
Professional Bacarıqlar:
Kodun test edilməsi və optimizasiyası, xətaların aşkarlanması
Başqasının kodunu anlamaq bacarığı
Git versiya nəzarət sistemi ilə iş
Git versiya nəzarət sistemi ilə iş
Çoxaxınlılığın (MultiThreading) tətbiqi
Son tarixləri təyin etmək və onlara riayət etmək bacarığı
Şərh edilə bilən və ciddi formatlanmış kod yazmaq vərdişi
OOP prinsipləri üzrə biliklər
Java-da və Spring freymvorkunda Veb-tətbiqetmələrin yazılması
Relyasiya verilənlər bazasına (Relational database) sorğu yazmaq bacarıqları
Java proqramçılar axtarır
Vəzifə
1000 manatdan
Əmək Haqqı
Kursun qiyməti
Sorğunu göndərin və pulsuz konsultasiya əldə edin
Bu düyməni basaraq məlumatların ötürülməsi şərtlərini qəbul edirsiniz.
Giriş modulu
İlk tələbələr üçün tam kursun qiyməti
Pulsuz
1080 AZN
150 AZN
-40%
Endirim
Aylıq ödəniş
1800 AZN
Suallarınıza Cavab
Müəllimləriniz nə dərəcədə peşəkardırlar?
Kursun pedaqoqları proqramlaşdırma sahəsində böyük iş təcrübəsi olan mütəxəssis-praktiklərdir. Onlar iri oflayn akademiyalarda IT tədrisi ilə məşğul olublar.
Azərbaycan dilində təhsil almağım ümumi qəbul olunmuş proqramlaşdırma terminlərini anlamağımda çətinlik yarada bilərmi?
Kursun müəllimləri standart ingilisdilli terminlərdən və anlayışlardan istifadə edirlər. Yəni sizə rahat olan doğma dildə öyrənirsiniz, işinizdə isə proqramçıların beynəlxalq lüğətindən istifadə edirsiniz.
Necə başa düşmək olar ki, kursunuz həqiqətən keyfiyyətlidir?
Kurs yüksək keyfiyyətdə yazılmış 100-dən çox videodərsdən ibarətdir. Burada nəzəriyyə, əyani nümunələr, vizuallaşdırmalar və təcrübə üçün tapşırıqlar var. Proqram ekspertlərin real təcrübələri əsasında tərtib olunub. Belə məlumatları və tapşırıqları universitet kurikulumlarında tapa bilməzsiniz.
Əgər tədris tamamilə distantdırsa, kömək və ya konsultasiya üçün hara müraciət edə bilərəm?
Kuratorunuz Telegram çat vasitəsilə daim əlaqədədir və sizə kömək etməyə hazırdır. Eləcə də bizim icmamız - təcrübəli mütəxəssislər və kursun məzunları yeni başlayan həmkarlarına aktiv şəkildə dəstək olurlar.
Əgər tədris formatı və ya spiker xoşuma gəlməsə, necə olacaq?
Kursun sizə nə dərəcədə uyğun olduğunu başa düşmək üçün pulsuz ilk modulu sınaqdan keçirin. Beləliklə, həm spikerlə, həm də tədris materiallarının keyfiyyəti ilə tanış ola bilərsiniz. Bu, tədris formatını qiymətləndirməyinizə və qərar qəbul etməyinizə kömək edəcək.
Təhsil haqqını necə ödəmək olar?
Kartla onlayn, terminal vasitəsilə, hüquqi şəxslər üçün hesab üzərindən. Ödənişi tam və ya hissə-hissə etmək olar.
© Universum - rəqəmsal peşə universiteti
102A, Jalil Mammadguluzade street, AZ1078 Baku, Azerbaijan "City Point" Business Center
Ödəniş növləri:
VÖEN
1304748721
Saytdan istifadə zamanı Sizə daha çox imkanlar təqdim etmək üçün Cookie fayllardan istifadə edirik.
OK